19.1 C
Gence
19.1 C
Gence

Gəncədə Qarabağa həsr olunmuş master-klas keçiriləcək

Gəncədə master-klas baş tutacaq. Bu haqda 19 yanvar tarixində Gəncə Gənclər Evi məlumat paylaşıb.

Master-klaslar “Qarabağın dirçəlişi” adlanacaq. Tədbir 26, 28 və 31 yanvar tarixlərində saat 15:00-da Gəncə Gənclər Evində keçiriləcək. Dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmova iştirakçılara yumurta qabığı üzərində rəsm çəkməyi praktiki və nəzəri olaraq öyrədəcək. Sonra hazırlanan əsərlər sərgilənəcək.

Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq. Qatılmaq istəyənlər (055) 314 58 55 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Ən Çox Oxunan