17.5 C
Gence
17.5 C
Gence

Gəncədə qızlar arasında futbol turniri keçiriləcək

AFFA-nın təşkilatçılığı ilə 12 yaşlı qızlar arasında “Bahar turniri” layihəsi təşkil olunacaq. Bu haqda 2 may tarixində Gəncəxəbər.az AFFA-ya istinadən xəbər verir.

Gəncə şəhər stadionunda təşkil ediləcək yarışda Gəncənin 12, Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə isə Tovuzun 12 komandası mübarizə aparacaq. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlar qazanacaqlar.

Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Bahar turniri”nin növbəti iki regionda keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə U-12 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.

Ən Çox Oxunan