24.7 C
Gence
24.7 C
Gence

Gəncədə qəza şəraiti yaradan ağzı açıq quyular

Gəncənin Atatürk prospektində iki açıq kanalizasiya quyusuna rast gəlinir. Bu haqda 8 dekabr tarixində məlumat verilib.

Sözügedən hal Atatürk prospektindən İsrafil Məmmədov küçəsinə dönəndə müşahidə edilir. Qəza şəraiti yaranmasına baxmayaraq, bir neçə aydır quyuların ağzı açıqdır.

Sakinlərin sözlərinə görə, iki həftə öncə quyunun birinə “Ford” markalı avtomobilinin təkəri düşmüşdür.

Daha öncə, Gəncədə təhlükə yaradan ağzı açıq kanalizasiya quyuları haqda məlumat vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan