25.4 C
Gence
18.5 C
Ganja

Gəncədə qış mövsümünə hazırlıq işləri yekunlaşdırılıb

Gəncədə fəaliyyət göstərəcək qazanxanalar qış mövsümünə hazırdır. Bu haqda Gencexeber.az 12 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat verir.

Qış mövsümünə noyabrın 15-dən start veriləcək. Şəhərdə mərkəzləşdirmiş qaydada isidiləcək bütün binaların qazanxanalarına baxış keçirilib, nasazlıqlar aradan qaldırılıb.

Qeyd edək ki, Gəncə istilik sistemləri idarəsinin balansında 19 qazanxana var, bunlardan 12-si stasionar, 7-si isə modul tiplidir.

Ölkədə qış mövsümü aprelin 15-nə kimi davam edəcək.