Gəncədə ağac üzərində oyma sənətini yaşadan usta fəaliyyət göstərir.
Bəhram Mustafayev Əziz Əliyev küçəsi, 4-cü dalan, ev 1 (Gülüstan qəsəbəsi) ünvanındaki emalatxanasında işləyir. O, həm rəssamlıq, həm ağac üzərində oyma sənəti ilə məşğuldur.
Təqdim olunan şəkillərdə də göründüyü kimi, usta taxtaları oyaraq mebel parçaları, qapılar, tutacaqlar, divar və sütun üzərində saatlar, heykəllər və s. yaradır.
Bəhram Mustafayev 1968-ci ildə Gəncədə dünyaya gəlib. O, 1983-cü ildə Gəncə şəhərində yerləşən Məhsəti Gəncəvi adına pedaqoji texnikumun (indiki Humanitar kollecin) “Təsviri incəsənət və rəsmxət” ixtisasını bitirmişdir. Usta 40 ilə yaxındır ki “Bədii ağacişləmə” sənəti ilə məşğul olur.
Qeyd edək ki, Bəhram müəllimin əl işləri müntəzəm olaraq şəhər tədbirləri və sərgilər zamanı nümayiş olunur. Sənətkarla (055) 614 98 47 nömrəsi ilə əlaqə saxlamaq olar.





