Gəncədə ödənişsiz onlayn təlim keçiriləcək. Bu haqda Gəncə Gənclər Evi rəsmi Facebook səhifəsində paylaşım edib.
Psixologiya kursu, Tikiş və Toxuculuq dərnəyi və Gəncə Gənclər evinin təşkilatçılığı ilə “Nizami Gəncəvi və Azərbaycan Gəncliyi” mövzusunda təlim təşkil ediləcək.
“Təlimin keçirilməsində məqsəd Nizami Gəncəvinin yaradıcılığının müasir gəncliyə yönələn elmi, əxlaqi, bədii istiqamətlərini gənclərə aşılamaq, yaradıcılıq fəaliyyətləri ilə tanış olmaqdır,” – deyə paylaşımda qeyd olunub.
İştirak etmək istəyən hər kəs 16 sentyabr 12:00-da linkə daxil olaraq Zoom tətbiqi vasitəsi ilə qoşula bilərlər.
Meeting ID: 736 2725 4402
Passcode: J0ty0S