Gəncədə estetik cərrah ödənişsiz müayinə edəcək. Bu haqda Gəncə Beynəlxalq xəstəxanası məlumat paylaşıb.
Plastik estetik cərrah doktor Maqamed Poluxov 1-3 oktyabr tarixlərində pasiyentləri ödənişsiz qəbul edəcək.
Həkim aşağıdakı əməliyyatları həyata keçirir:
- Abdominoplastika (qarın gərmə)
- Liposaksiya
- Blefaroplastika (göz qapağı estetikası)
- Endoskopik alın gərmə
- Endoskopik temporal lifting
- Liplifting (Bullhorn)
- Buxaq liposaksiya
- Bişektomiya (yanaq incəltmə) və s.
Ətraflı məlumat almaq üçün (022) 303; (022) 255 38 38; (022) 255 83 83; (055) 500 71 00 nömrələri ilə əlaqə saxlamaq olar.
Qeyd edək ki, Gəncə Beynəlxalq xəstəxanası Heydər Əliyev prospekti, 60 ünvanında yerləşir.