13 C
Gence
8.5 C
Ganja

Gəncədə pinəçilik sənətini yaşadan usta yaşayır

Tədricən pinəçilik sənəti ilə məşğul olmaq istəyənlərin sayı azalsa da, Gəncədə 22 ildir ki, ayaqqabı təmiri edən usta yaşayır.

Həzi Muxtarov adlı usta Fərhad Əliyev küçəsində Asan xidmətin arxasında yerləşən emalatxanada çalışır. Ustanın dediyinə görə, ona bu sənəti öyrədən olmayıb. O, peşənin sirrlərinə müstəqil olaraq yiyələnib.

“İndiki dövürdə pinəçiliklə məşğul olmaq istəyənlər qalmayıb, ölməktə olan peşədir. Yaxın gələcəkdə yəqin ki, bu peşəyə ehtiyac qalmayacaq. Hər bir halda mən sənətimdən çox razıyam, bu peşə ilə axı ailəmi dolandırıram” – deyə usta söyləyib.

Qeyd edək ki, usta ayaqqabı təmirindən başqa pul kisələri və saat qayışları hazırlayır. Onunla (055) 772 73 32 mobil nömrəsi ilə əlaqə saxlamaq olar.

Həzi Muxtarov 1972-ci ildə Gəncə şəhərində anadan olub.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan