19.1 C
Gence
19.1 C
Gence

Gəncədə peyvənd olunanların sayı açıqlanıb

Gəncə üzrə peyvənd olunanların sayı 280 mini keçdi. Bu haqda Gancapost.info saytına istinadən 26 noyabr tarixində məlumat veririk.

Əhalisinin sayı 335 mini keçən Gəncədə 140 mindən çox sakinə üçüncü doza vaksin vurulub. Şəhər ərazisində 3-cü doza ilə bağlı 10-a yaxın vaksinasiya məntəqəsi fəaliyyət göstərir.

Qeyd edək ki, gün ərzində 500-700 nəfərə 3-cü (buster) doza vurulur. Ümumilikdə isə şəhər üzrə peyvənd olunanların sayı 280 mindən çoxdur.

Ən Çox Oxunan