20.8 C
Gence
20.8 C
Gence

Gəncədə pensiyaçılar şahmat turnirində çıxış edirlər

Heydər Əliyevin 100 illik yubileyi münasibətilə pensiya və sosial müavinət alan şəxslər arasında 2-ci Respublika Şahmat turnirinin seçmə mərhələsi başlayıb. Bu haqda 15 aprel tarixində Kəpəz TV-yə istinadən xəbər veririk.

Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə Gəncə filialı üzrə yarışda Nizami yurdundan 40-a yaxın, eləcə də Şərqi Zəngəzur filialında qeydiyyatda olan eyni sayda iştirakçı qalib olmaq üçün mübarizə aparıb. Şahmat məktəbində baş tutan birincilik rapid növü üzrə keçirilib və 5 oyundan ibarət olub. Turnirdə yaşı 50-dən yuxarı olan pensiyaçılar güclərini sınayırlar.

Ən Çox Oxunan