Azərbaycanda ilk dəfə olaraq Təhsil Nazirliyinin sisteminə daxil olan peşə təhsil müəssisələrinə işə qəbul mərkəzləşmiş imtahanla həyata keçiriləcək. İmtahan 2021/2022-ci tədris ili üçün ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub.
Çalışmaq istəyənlər 17 sentyabr tarixinədək elektron müraciət portalında qeydiyyatdan keçməlidirlər. Müsabiqə zamanı Gəncə üzrə 8 ixtisas fənn müəllimi və 15 istehsalat təlimi ustası vakansiyası mövcuddur.
Ərizələri təsdiq olunmuş şəxslər sentyabrın ikinci yarısında ixtisas, tədris metodikası və məntiqdən test imtahanı verəcəklər.
Namizədlərə tələblər:
İxtisas fənn müəllimləri – orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;
İstehsalat təlimi ustaları – orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.
Vakant yerlər aşağıdakılardır:
İxtisas fənn müəllimləri üzrə:
1 nömrəli Gəncə Peşə Məktəbi – Kargüzar
2 nömrəli Gəncə Peşə Məktəbi – Bərbər-vizajist-manikürçü
2 nömrəli Gəncə Peşə Məktəbi – Video çəkiliş üzrə operator
2 nömrəli Gəncə Peşə Məktəbi – Əsas səriştə modulları (baza)
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi – Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi – Elektrovoz maşinisti köməkçisi
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi – Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator
İstehsalat təlimi ustaları üzrə:
1 nömrəli Gəncə Peşə Məktəbi – Kargüzar
2 nömrəli Gəncə Peşə Məktəbi – Bərbər-vizajist-manikürçü
2 nömrəli Gəncə Peşə Məktəbi – Video çəkiliş üzrə operator
3 nömrəli Gəncə Peşə Liseyi – Geyim üzrə dizayner
3 nömrəli Gəncə Peşə Liseyi – Kompüter operatoru
3 nömrəli Gəncə Peşə Liseyi – Turizm təşkilatçısı
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi – Geyim üzrə dizayner Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi – Avtomobil üzrə elektrik
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi – Elektrovoz maşinisti köməkçisi
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi – Avtomobillərin təmiri çilingəri
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi – Dəmir yolu stansiya və keçid növbətçisi
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi – Rabitə avadanlıqlarını quraşdırıcısı
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi – Elektrik qaz qaynaqçısı
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi – Logistika operatoru Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi – Çilingər-santexnik