25.3 C
Gence
25.3 C
Gence

Gəncədə “Peşəkar işçi profili və şəbəkələşmə” mövzusunda tədbir baş tutub

PROGRO Peşəkar İnkişaf və İnnovasiyalar Platforması Gəncədə tədbir təşkil edib. Bu haqda PROGRO Peşəkar İnkişaf və İnnovasiyalar Platformasının Facebook səhifəsində məlumat yerləşdirilib.

Tədbir “Peşəkar işçi profili və şəbəkələşmə” mövzusunda keçirilib. İştirakçılara davamlı peşəkar inkişafın təsirləri, şəbəkələşmənin faydaları, işçi profilinin formalaşma xüsusiyyətləri haqda geniş məlumat verilib.

“PROGRO – Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilir.

 

Ən Çox Oxunan