24.7 C
Gence
24.7 C
Gence

Gəncədə park təmizlənib: tullantılar yığışdırılıb, sınıq oturacaqlar isə qalıb

Gəncədə yerləşən parkda təmizlik işləri aparılıb. Bu haqda Gencexeber.az-a 24 dekabr tarixində məlumat daxil olub.

İstirahət guşəsi Məmməd Bürcəliyev küçəsində yerləşir. Təqdim olunan fotomateriallarda parkda zibillərin toplanaraq yığışdırılması müşahidə edilir. Bir müddət öncə, oranın mənzərəsi ancaq məişət tullantılarından ibarət olub.

Parkın ümumi sahəsi təxminən bir hektara yaxındır. Ərazidə işıqlandırma sistemi də yoxdur. Sakinlərin sözlərinə görə, biganə münasibətin nəticəsində istirahət guşəsi sanki unudulub.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan