24.8 C
Gence
24.8 C
Gence

Gəncədə pandemiyanın təhsilə mənfi təsirini azaltmaq məqsədi ilə layihə keçirilir

Gəncədə mentorluq xidməti 2022-ci il may ayının sonunadək davam edəcək. Bu haqda Azərbaycan Respublikasının Təhsil İnstitutu məlumat paylaşıb.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və UNICEF-in əməkdaşlığı ilə “Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” adlı layihəyə start verilib.

Əsas məqsəd pandemiyanın təhsilə mənfi təsirini azaltmaqdır. Məktəblərdə həm pandemiya dövründə, həm də sonra təhsilin düzgün təşkilinə təkan vermək üçün ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin peşəkar inkişafını təmin etməkdir.

Qeyd edək ki, layihə bu ilin sentyabr ayında başlayıb.

 

Ən Çox Oxunan