19.7 C
Gence
18.5 C
Ganja

Gəncədə Oriqami sənəti üzrə masterklass keçiriləcək

Gəncədə 17 oktyabr tarixində ödənişsiz oriqami masterklassı baş tutacaq. Bu haqda Art Garden Ganja məlumat paylaşıb.

Ustad dərsi Oriqami sənəti üzrə keçiriləcək. Masterklas saat 15:00-da olacaq. Təlimin rəssamı və koordinatoru Elnur Məmmədovdur.

Dərsdə iştirakçıların Oriqami sənəti ilə daha yaxından tanış olmaq və öz əlləri ilə fiqurlar yaratmaq imkanı olacaq.

Qeyd edək ki, Art Garden Ganja Molla Pənah Vaqif, 160 ünvanında yerləşir.