21.4 C
Gence
21.4 C
Gence

Gəncədə onlayn tədbir keçirilib

Gəncədə Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib. Bu haqda 16 fevral tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Onlayn tədbir 7 nömrəli kitabxana filialı tərəfindən təşkil olunub. Görüş “Böyük mübarizənin kiçik qəhrəmanları” adlanıb. Kitabxanaçı Könül Mirxudayeva bütün uşaqlara sağlam gələcək arzulayıb. O, Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü haqda danışıb.

Daha sonra Üzeyir Hacıbəyli adına 1 saylı xəstəxananın fizioterapiya şöbəsinin uşaq həkimi Samirə Əhmədova çıxış edib. O bildirib ki, hər il dünyada 200 min uşaq xərçəng xəstəliyi ilə qarşılaşır və onların yarısı dünyasını dəyişir. Həkim iştirakçıların suallarını cavablandırıb.

Ən Çox Oxunan