16.9 C
Gence
17.5 C
Ganja

Gəncədə Ombudsman Aparatının əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Gəncədə Ombudsman Aparatının əməkdaşları şəhid ailələrini ziyarət ediblər. Bu haqda 22 sentyabr tarixində rəsmi saytda məlumat paylaşılıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Vətən müharibəsi şəhidi Məmmədov Vüsal Elşən oğlunun ailəsi ziyarət olunub.

Mərkəzin əməkdaşları Gəncədən olan şəhidlər Əliyev Cavid Samir oğlunun və Əliyev Şöhrət Canbulat oğlunun da ailələrinə baş çəkiblər. Onlara Müvəkkil xanım Səbinə Əliyevanın baş sağlığı çatdırılıb və şəhidlərin keçdikləri şərəfli döyüş yolu ehtiramla yad edilib.

Qeyd edək ki, Gəncə şəhərində Vətən müharibəsi şəhidi Rəşad Ələkbərovun xatirəsinə, həmçinin şəhid Ayxan Musayevin doğum günü münasibətilə inşa edilmiş bulağın açılış mərasimlərində də Ombudsman Aparatının Gəncə Regional mərkəzinin əməkdaşları iştirak ediblər.

Ən Çox Oxunan