25.6 C
Gence
20.5 C
Ganja

Gəncədə oftalmoloq müayinəsi: 4-18 yaş arası pasiyentlər üçün ödənişsizdir

“Gəncə Memorial Hospital”da 4-18 yaş arası pasiyentlər üçün ödənişsiz oftalmoloq müayinəsi keçiriləcək. Bu haqda xəstəxananın rəsmi İnstagram səhifəsində məlumat yerləşdirilib.

Müayinələr 25 və 26 noyabr tarixlərində oftalmoloq-cərrah, doktor Jalə Musazadə tərəfindən aparılacaq. Xanım Rusiya Federasiyası, Akademik S.N. Fyodorov adına “Gözün Mikrocərrahiyyəsi” Dövlət Elmi Tədqiqat Texnoloji Kompleksində ixtisaslaşıb.

Öncədən qeydiyyat vacibdir. Bunun üçün aşağıda göstərilən nömrələr ilə əlaqə saxlamaq kifayətdir:

  • (+99422) 428 97 97
  • (+99470) 628 97 97
  • (+99470) 528 97 97 (WhatsApp )

Xəstəxana Şah İsmayıl Xətai prospekti, 550 (Dan Ulduzu Şadlıq Sarayının yanı) ünvanında yerləşir.