Dövlət İdarələri və İctimai Xidmət İşçiləri (DİİXİ) Həmkarlar İttifaqı Gəncədə Novruz bayramı ilə əlaqədar tədbir keçirib. Bu haqda 17 mart tarixində ittifaq məlumat paylaşıb.
Tədbirdə DİİXİ Hİ-nin sədri Hikmət Osmanov iştirak edib. O, işçi heyətini bayram münasibətilə təbrik edib. Fərqlənmiş ittifaq üzvləri və yubileyi olanlara Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.
Bundan başqa minimal əmək haqqı alan işçilərə bayram sovqatları paylanılıb.