24.1 C
Gence
24.1 C
Gence

Gəncədə “Nizami irsi incəsənətdə” adlı konsert baş tutub

Gəncədə “Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti” çərçivəsində konsert keçirilib. Bu haqda Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.

Fikrət Əmirov adına Dövlət Filarmoniyasında təşkil olunan musiqili-ədəbi konsert “Nizami irsi incəsənətdə” adlanaraq dahi şairin 880 illiyinə həsr olunub.

Musiqili proqramda mədəniyyət nazirinin birinci müavini, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri, İslam Birliyi Təşkilatı Forumu başkanı, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi və 20-yə yaxın ölkədən rəsmi şəxslər, investorlar və startapçılar iştirak ediblər.

Konsertdə Türkiyənin Cümhuriyyət günü münasibəti ilə təbrik olunub.

Ən Çox Oxunan