Gəncədə Nizami Gəncəvinin 880 illiyi münasibəti ilə kitab sərgisi təşkil olunub. Bu haqda 12 noyabr tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.
Mərkəzi Kitabxananın Uşaq şöbəsi keçirilən sərgi “Nizami əsərlərində həyat həqiqətləri” başlığı altında baş tutub. İlk öncə iştirakçılara şair haqda məlumat verilib. O, öz dövrünün şairlərindən fərqli olaraq təvazökar həyat yaşayıb. Tədbirdə qeyd olunub ki, Nizami Gəncəvi yaradıcılığı hümanizm yüksək sənətkarlığı ilə Zaqafqaziya,Yaxın Şərq xalqları,fars,tacik,hind,qırğız və s. ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş,dünya mədəniyyət xəzinəsinə daxil olmuşdur. Şairin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərin nadir əlyazma nüxsələri qiymətli incilər kimi qorunub saxlanılır.
Daha sonra iştirakçılar dahi mütəfəkkirin əsərlərindən ibarət sərgi ilə tanış olublar.