26-28 noyabr tarixlərində “I Gəncə Kitab Sərgisi” adlı tədbir baş tutacaq. Bu haqda Gencexeber.az-ın müxbiri məlumat verib.
“Nizami Gəncəvi İli”nə həsr edilən sərgidə ölkənin 30-dan çox nəşriyyat və 10-dan çox kitab evi iştirak edəcəklər. Tədbir zamanı satılan kitablara 50%-dək endirim tətbiq olunacaq.
Məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların və müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərginin təşkili və bədii proqramları keçiriləcək .
Qeyd edək ki, sərgi “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANIB) təşəbbüsü və təşkilatçılığı ilə, Mədəniyyət Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilati dəstəyi ilə baş tutacaq.