Gəncədə 28 oktyabr tarixində “Nizami Gəncəvi İli”nə həsr olunmuş tədbir keçirilib. Bu haqda Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.
Tədbir Tibb Kollecində baş tutub. Görüşdə icra başçısı Niyazi Bayramov, millət vəkili Musa Quliyev, kollecin müəllim heyəti və tələbələr iştirak ediblər.
İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra kollecin direktoru Mehman Rzayev tədbiri açıq elan edib. O, dahi şair və əsərləri haqda məlumat verib.
Bundan əlavə tələbələr Nizami Gəncəvinin müdrik kəlamlarını səsləndiriblər və onun həyat və yaradıcılığına həsr olunan film izləyiblər.