26.9 C
Gence
26.9 C
Gence

Gəncədə “Nizami-880” adlı bədii kompozisiya nümayiş olunub

Gəncədə “Nizami-880” adlı musiqili ədəbi-bədii kompozisiya təqdim olunub. Bu haqda Gencexeber.az 29 oktyabr tarixində Azərtac-a istinadən məlumat verir.

Tədbirdə Gəncə şəhər Uşaq İncəsənət məktəbinin şagirdləri çıxış edib. Kompozisiyada dahi şairin sözlərinə yazılmış mahnı və romanslar ifa olunub, qəzəllər oxunub.

Müəllimlər “Sənsiz”, “Sevgili canan”, “Gülüm” romanslarını, “Mahur”, “Şur” və “Şikəsteyi-fars” təsniflərini səsləndiriblər.

Sonda kompozisiyaya görə məktəbin rəhbərliyinə, pedaqoji kollektivə minnətdarlıq bildirilib.

Ən Çox Oxunan