26.4 C
Gence
26.4 C
Gence

Gəncə: ödənişsiz “Uşaq psixologiyası” kursu var

Gəncədə ödənişsiz psixologiya kursuna qeydiyyat başlayıb. Bu haqda 12 yanvar tarixində Gəncə Gənclər Evi məlumat paylaşıb.

“Uşaq psixologiyası” üzrə keçiriləcək dərslər 2 ay boyunca həftədə 2 dəfə təşkil olunacaq. Kursda aşağıdakı mövzular haqda danışılacaq:

  • Psixi inkişaf ləngiməsi
  • İntellektual pozulma
  • Kompleks pozulmalar
  • Davranış pozulmaları
  • Autizm sindromu
  • Asperger sindromu
  • Rett sindromu
  • Daun sindromu
  • Sağlamlıq imkanları məhdud olan şəxslərin diaqnostikası
  • Sensor pozulmalar zamanı psixi və fiziki inkişaf
  • Atipik şəxslərin erkən diaqnostikası və s.

Dərslər 18 yanvar tarixində başlayacaq. Kursu uğurla bitirən şəxslər sertifikatla təltif olunacaqlar.

Maraqlananlar (055) 637 48 21 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər. Son müraciət tarixi 16 yanvardır.

Ən Çox Oxunan