30 iyul 19:00-da Gəncə şəhərində “Əngəlsiz moda” adlı layihə keçirilib.
Tədbir zamanı fiziki məhdudiyyətli şəxslərin moda göstərişi baş tutub.
“Layihənin məqsədi, fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası, moda sahəsində onların rol almasını təmin etmək və onlar üçün maraqlı bir gün yaşatmaqdır”, – deyə Facebook sosial şəbəkəsində təşkilatçılar tərəfindən paylaşım edilmişdir.
Tədbir Heydər Əliyev adına parkda yerləşən amfiteatrda keçirilib. Sonda geyim nümayiş edən iştirakçılara hədiyyə təqdim olunub, xatirə şəkilləri çəkdirilib.