Gəncədə “Seçim həmişə var: narkotik vasitələrə yox deməyi bacar” adlı tədbir keçirilib. Bu haqda məlumatı iyunun 8-i Azərtac-a istinadən veririk.
Tədbir Gəncə şəhər Nizami rayon bələdiyyəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə baş tutub.
Görüşdə DQİDK-nin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin müdir müavinləri Elmar Fətəliyev və Faiq Əsgərov, bələdiyyə sədri Qoşqar Məmmədov, bələdiyyə üzvləri və psixoloqlar iştirak ediblər.
Çıxışlarda müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyadan danışılıb. Eyni zamanda, psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə ətraflı məlumat verilib.