12.5 C
Gence
12.5 C
Gence

Gəncədə narkomaniya səbəbindən yaranan problemlər müzakirə olunub

Gəncə Dövlət Universitetində “Narkomaniya və onunla mübarizə” mövzusunda müzakirələr aparılıb. Bu haqda 15 oktyabr tarixində təhsil ocağının rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.

Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutub. Tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri, məktəblərindən olan psixoloq müəllimlər, universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və tələbələr iştirak ediblər.

Görüş zamanı Gülsüm Fətəliyeva dünyada və ölkəmizdə ağ ölümə çevrilən narkomaniya ilə mübarizə istiqamətində aparılan tədbirlərin əhəmiyyətini vurğulayıb. Ölkəmizdə narkomaniya ilə bağlı mövcud vəziyyət barədə danışılıb.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamına əsasən keçirilib.

Ən Çox Oxunan