Gəncədə narkomanlıq probleminə dair təlim və treninqlərin keçirilməsi nəzərdə tutulur.
Tədbirlər şəhərin ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün təşkil olunacaq.
Tədbirləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu təşkil edəcək.
Qeyd edək ki, müvafiq komissiyaların üzvləri ilə görüşlərin keçirilməsi, müzakirələrin aparılması və onlara metodiki köməyin göstərilməsi və zəruri təbliğat materiallarının təqdim olunması planlaşdırılıb.