Gəncədə növbəti təlim baş tutacaq. Bu haqda 20 noyabr tarixində Gənclər Evinə istinadən məlumat veririk.
Tədbir Gənc Avropa səfirləri tərəfindən təşkil olunur. Təlim “Gəncədən xaricə uzanan yol” adlanır. Burada Xaricdə təhsil və Gənc Avropa Səfirləri şəbəkəsi haqda məlumat veriləcək.
Görüşdə hər kəs ödənişsiz olaraq iştirak edə bilər. Bunun üçün Whatsapp qrupuna qoşulmaq yetərlidir.
Təlim 22 noyabr tarixində saat 10:00-da Gənclər Evində keçiriləcək.