Gəncədə bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə seminar-müşavirə keçirilib. Bu haqda məlumatı 11 iyun tarixində Kəpəz.TV-yə istinadən veririk.
Seminarda Gəncə və Naftalan şəhəri, Goranboy, Göygöl, Samux, Daşkəsən rayonlarında fəaliyyət göstərən bələdiyyələrin nümayəndələrinə korrupsiyaya qarşı mübarizə məqsədlərindən danışılıb. Həmçinin vergilər üzrə ödənilməyən borcların yığılaraq yerli büdcələrə mədaxil olunması üçün tədbirlərin görülməsi və yerli büdcə vəsaitlərinin daha çox yerli əhamiyyətli məsələlərin həllində istifadə edilməsinin vacibliyindən bəhs edilib.