25.6 C
Gence
19.5 C
Ganja

Gəncədə növbəti səyyar görüş baş tutub

Gəncədə şəhər rəhbərliyi sakinlərlə görüşüb. Bu haqda 11 avqust tarixində Apa-ya istinadən məlumat veririk.

Niyazi Bayramov Yeni Gəncə yaşayış massivinə baş çəkib. Tədbirdə Nizami və Kəpəz rayon İcra Hakimiyyəti başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev, bələdiyyə sədrləri Qoşqar Məmmədov və Yaşar Abdullayev, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdə sakinlərin müraciətləri dinlənilib. Səsləndirilən problemlər arasında bir sıra küçə və döngələrin asfaltlanması, işlə təminat, əlilliyin müəyyən edilməsi, mənzil uçotuna alınma, maddi yardımın göstərilməsi və s. məsələlər üstünlük təşkil edib.

Apa.az-dan foto
Apa.az-dan foto