Gəncədə növbəti fləşmob təşkil olunacaq. Bu haqda Gencexeber.az-ın müxbiri 17 noyabr tarixində məlumat verib.
Tədbir sabah saat 09:00-da baş tutacaq. Fləşmob Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq. Xoreoqraf Mobil Qarayev dahi şairin portretini yaradacaq.
Qeyd edək ki, fləşmob Gəncə şəhər sakinlərinin köməyi ilə təşkil olunacaq.