Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) xüsusi təlim keçmiş əməkdaşları dezinfeksiya işlərini aparıblar. Bu haqda Gencexeber.az 6 avqust tarixində Azərtac-a istinadən xəbər verir.
Əməkdaşlar texniki vasitələrlə mərkəzi küçə və prospektlərlə yanaşı, qəsəbə və bir çox yaşayış massivlərində tibbi-profilaktik və dezinfeksiya tədbirləri görüblər.
Qeyd edək ki, dezinfeksiya işləri yaşayış binalarının girişləri, liftləri, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında, dayanacaqlarda aparılıb.
Bundan öncə, 4 avqust tarixində aparılan dezinfeksiya işlərindən xəbər vermişdik.