24.8 C
Gence
24.8 C
Gence

Gəncədə növbəti dezinfeksiya işləri aparılıb

Gəncədə 25 sentyabr tarixində dezinfeksiya işləri aparılıb. Bu haqda İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə şəhərin çoxmənzilli yaşayış binalarında, park və xiyabanlarda, dayanacaqlarda, ATM və bankların qarşısında, o cümlədən insanların sıx toplaşdığı digər ərazilərdə dezinfeksiya işləri həyata keçirilib.

Anım gününə hazırlıq səbəbi ilə Şəhidlər Xiyabanında da profilaktik işlər aparılıb.

Əlavə olaraq sakinlərlə maarifləndirici söhbətlər edilib. Nizami rayonunun İcra başçısı Nizami Hacıyev karantin rejiminin qaydalarına riayət etmək, tibbi-gigiyenik vasitələrdən istifadə etmək, habelə sosial məsafə saxlamaq tövsiyə edib.

Qeyd edək ki, Gəncədə dezinfeksiya işləri tərtib edilmiş qrafikə uyğun olaraq bundan sonra da davam etdiriləcək.

Ən Çox Oxunan