24.7 C
Gence
24.7 C
Gence

Gəncədə növbəti ödənişsiz təlimlər keçiriləcək

Gəncədə ödənişsiz təlimlərə qeydiyyat başlayıb. Bu haqda 27 yanvar tarixində “Gələcəyə Körpü” İctimai Birliyi məlumat paylaşıb.

“Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi” layihəsi çərçivəsində aşağıdakı mövzular üzrə təlimlər keçiriləcək:

  • Liderlik;
  • İctimai vəkillik;
  • İcma quruculuğunda gənclərin rolu;
  • Layihələrin yazılması və idarə edilməsi;
  • Sahibkarlıq fəaliyyəti;
  • İnnovasiya sahibkarlığı;
  • Biznes quruculuğu və rəsmiləşdirilməsi;
  • Biznes planın hazırlanması və digər bacarıqların artırılması mövzuları.

Ay sonunda iştirakçılara sertifikat təqdim olunacaq. Təşkilatçılar “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyidir. Tədbirlər ASAN Könüllülük Məktəbinin və Azərbaycan Texnologiya universitetinin əməkdaşlığı ilə keçirilir.

İştirak etmək istəyən gənclər qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Son müraciət tarixi 6 fevraldır.

 

Ən Çox Oxunan