19.7 C
Gence
18.5 C
Ganja

Gəncədə növbəti ödənişsiz təlim baş tutub

Gəncədə 20 oktyabr tarixində “Uğurlu karyera yolunda” layihəsinin ilk günündə təlim keçirilib. Bu haqda Gəncə Gəncləri rəsmi səhifəsində məlumat paylaşıb.

Vebinarda “CV”lərin yazılması, iş axtarmağın yolları və iş müsahibəsində diqqət edilməli məqamlarla bağlı məlumatlar verilib. Qeyd olunub ki, növbəti təlimdə iştirakçılar “CV” hazırlayacaq və müsahibə simulyasiyasında iştirak edəcəklər.

Xatırladaq ki, təlimlər tam ödənişsizdir.