Gəncədə intellektual yarışma baş tutub. Bu haqda məlumat iyunun 14-ü sosial şəbəkələrdə paylaşılıb.
Çempionat 15 iyun – Milli Qurtuluş Gününə həsr edilib. İntellektual yarışma Gəncə Gənclər Evinin İntellektual klubu və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Turnirdə 40-a yaxın gənc (7 komanda) iştirak edib.
24 sualdan ibarət oyunun qalibi 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin “İstiqlal” komandası olub. Qaliblərə diplom, iştirakçı komandalara isə sertifikatlar təqdim olunub.
