5.8 C
Gence
5.8 C
Gence

Gəncədən bir qrup tələbə Niderlandda səfərdədirlər

Gəncə Dövlət Universitetinin bir qrup tələbəsi xaricdə səfərdədirlər. Bu haqda 10 noyabr tarixində universitetin rəsmi Facebook səhifəsində məlumat paylaşıb.

Tələbələr Avropa Komissiyasının maliyyələşdirdiyi Erasmus + MEDIATS – “Mediasiya: təlim və cəmiyyətin transformasiyası” layihəsi çərçivəsində Niderland Biznes Akademiyasının təşkilatçılığı ilə təşkil olunan təcrübə proqramında iştirak edirlər. Onlar Niderlandın Dordrecht şəhərində səfərdədirlər.

Tələbələrin bütün xərcləri Erasmus + MEDIATS layihəsi büdcəsindən ödənilir.

Qeyd edək ki, səfər 1-14 noyabr tarixlərində baş tutur.

Ən Çox Oxunan