24.8 C
Gence
24.8 C
Gence

Gəncədə muzdlu işçilərin orta aylıq maaşı artıb

Gəncədə muzdla çalışan işçilərin sayı artıb. Bu haqda 17 dekabr tarixində Marja.az-a istinadən məlumat veririk.

Gəncə şəhər Statistika idarəsinin hesabatına əsasən, muzdla çalışan işçilərin sayında 3,8% artım müşahidə olunur. Həmin işçilərdən 24,4% təhsil, 23,1% ticarət və nəqliyyat vasitələrinin təmiri, 15,3% sənaye, 12,8% əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1% tikinti, 6,2% dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,8% nəqliyyat və anbar təsərrüfatı, 0,8% kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2% peşə, elmi və texniki fəaliyyət, 1,5% maliyyə və sığorta fəaliyyəti, 7,1% isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bundan başqa 2021-ci ilin yanvar-oktyabr aylarında muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 1,9% artıb.

Ən Çox Oxunan