22.5 C
Gence
22.5 C
Gence

Gəncədə musiqili əyləncə proqramı təşkil olunacaq

Gəncədə musiqi və əyləncə saatı keçiriləcək. Bu haqda tədbirin təşkilatçısı olan Gəncə Maarif Evi İctimai Birliyinin Facebook səhifəsində məlumat dərc edilib.

Proqram fevralın 10-u saat 16:00-da Leyli Şükürovanın moderatorluğu altında təşkil ediləcək. Tədbirin ifaçısı müğənni Sadiq olacaq.

Sözügedən təşkilat Mərkəzi kitabxananın yanında, keçmiş “Oksi Baby” mağazasının 3-cü mərtəbəsində yerləşir. Qeyd edək ki, giriş arxa tərəfdəndir. Maraqlanan şəxslər (055) 388 97 77, (022) 256 03 33 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Ən Çox Oxunan