24.1 C
Gence
24.1 C
Gence

Gəncədə musiqi məktəbinin şagirdləri ilk dəfə böyük səhnədə çıxış ediblər

Gəncə şəhər T.Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində 25 dekabr tarixində konsert keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

“Böyük səhnəyə ilk addım” adlanan tədbir 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi gününə və Yeni il bayramına həsr olunub. Konsertdə məktəbin bütün ixtisasları üzrə təhsil alan birinci sinif şagirdləri çıxış ediblər. Onlar ilk dəfə böyük səhnəyə çıxıblar. Şagirdlər tədbirdə öz bacarıqlarını nümayiş etdiriblər.

 

Ən Çox Oxunan