Gəncədə 5 oktyabr tarixində müsiqi məktəbində konsert keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.
Konsert Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi məktəbində Müəllimlər günü münasibəti ilə baş tutub. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin direktoru Aidə Əmrahova pedaqoji kollektivi təbrik edib.
Konsertdə məktəbin müəllimləri və şagirdləri çıxış ediblər.