24.7 C
Gence
24.7 C
Gence

Gəncədə Ümumrespublika festivalının IX turu baş tutub

Gəncədə “Ümumrespublika Xəmsə Festivalı”nın IX turu baş tutub. Bu haqda Gencexeber.az “AZTV” telekanalına istinadən məlumat verir.

Turnirdə respublikanın 11 şəhər və rayonundan 420 gənc iştirak edib. Tədbir Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə Gəncə Şəhər Heydər Əliyev Mərkəzində keçirilib.

Layihənin məqsədi gənclərinin intellektual potensiyalını üzə çıxarmaq və onların ictimai fəallığını artırmaqdır.

Qeyd edək ki, layihənin final turu oktyabr ayında Gəncə şəhərində keçiriləcək.

 

Ən Çox Oxunan