21.9 C
Gence
15.5 C
Ganja

Gəncədə “Ümumdünya Qida Günü”nə həsr olunmuş tədbir baş tutub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 14 oktyabr tarixində “Ümumdünya Qida Günü”nə həsr olunmuş tədbir keçirilib. Bu haqda universitetin rəsmi saytında məlumat paylaşılıb.

Tədbir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə birgə keçirilib. Mərasim “Qlobal ərzaq təhlükəsizliyində aqrar təhsilin və təlimin rolunun gücləndirilməsi” mövzunda baş tutub.

İlk öncə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbirdə bildirilib ki, əsas məqsəd dünyada aclıqdan və qida çatışmazlığından əziyyət çəkən insanlara, ərzaq itkisi və tullantısının azaldılmasına dair maarifləndirmənin aparılması və hər kəs üçün sağlam qidalanmanın təmin edilməsinin vacibliyini vurğulamaqdır.

İştirak edən tələbələrin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin və Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşları, Azərbaycan Dövlət Aqrar Universitetinin, o cümlədən Ege Universitetindən dəvət olunmuş bir qrup müəllimlər, iş adamları və tələbələr iştirak ediblər.