20.6 C
Gence
20.6 C
Gence

Gəncədə mobil vaksinasiya məntəqəsi

Gəncədə Kəpəz rayon icra hakimiyyətinin Cavadxan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasında mobil vaksinasiya məntəqəsi fəaliyyət göstərir. Bu haqda Gencexeber.az müxbiri bu gün, 12 avqust tarixində məlumat verib.

Vətəndaşlar həftə içi 5 gün saat 9:00-dan 17:00 kimi buraya yaxınlaşıb canlı növbə götürərək peyvənd vurdura bilərlər. Vaksinasiyadan öncə pasiyentin qan təzyiqi, qanda oksigenin miqdarı və nəbzi ölçülür.

Məntəqənin nə vaxta kimi fəaliyyət göstərəcəyi hələlik məlum deyil.

 

Ən Çox Oxunan