Gəncədə Mirzə Ələkbər Sabirin anadan olmasının 160-cı ildönümü münasibətilə tədbir keçirilib. Bu haqda məlumatı iyunun 1-i Kəpəz televiziyasına istinadən veririk.
Tədbir görkəmli Azərbaycan şairinin adını daşıyan məktəbdə keçirilib. Onun şəxsiyyəti və zəngin yaradıcılığı haqda şagirdlərə ətraflı məlumat verilib. Yetişməkdə olan nəslin tərbiyəsində Sabir yaradıcılığının mühüm və əvəzsiz rolundan danışılıb.
Məktəblilər Sabirin ən məşhur, Azərbaycan ədəbiyyatında mühüm yer tutan əsərlərini səhnələşdirib, şeirlərini səsləndiriblər.
