24.1 C
Gence
24.1 C
Gence

Gəncədə minlərlə şagird ibtidai sinifə qədəm qoyublar

Gəncədə 17 mindən çox şagird ibtidai sinifə gedib. Bu haqda Gencexeber.az 23 sentyabr tarixində “Kəpəz” televiziyasına istinadən xəbər verir.

Gəncədə ümumilikdə 45 təhsil ocaqında 713 sinifdə 17.464 şagird təhsil alır. 185 sinifdə 4364 nəfər birinci sinifə qədəm qoyub. Birincilərin 3418 azərbaycan, 946-sı isə rus bölmələrin şagirdləridir.

Qeyd edək ki, məktəblərə daxil olan müəllimlərin və şagirdlərin hərarətləri yoxlanıldıqdan və əlləri spirtlə dezinfeksiya olunandan sonra siniflərə daxil olmalarına icazə verilib.

Ən Çox Oxunan