Gəncədə iki minik avtomobili toqquşublar. Bu haqda Gencexeber.az-ın müxbiri 8 noyabr tarixində məlumat verib.
Hadisə şəhərin Şah İsmayıl Xətai və Atatürk prospektlərinin kəsişməsində baş verib. “Mercedes” və “VAZ” maşınlarının toqquşması nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.