16.9 C
Gence
16.9 C
Gence

Gəncədə minifutbol üzrə inkişaf kuboku baş tutacaq

Gənclər arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol üzrə turnir təşkil olunacaq. Bu haqda 24 aprel tarixində Gəncəxəbər.az Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.

Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Texnologiya Universitetinin və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol üzrə inkişaf kuboku – 2” turniri keçiriləcək. Turnir may ayının 1-5-i aralığında Heydər Əliyev adına Park-Kompleksində yerləşən “Azfar” minifutbol meydançasında keçiriləcək. Minifutbol yarışı şəhərimizdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların komandaları arasında təşkil olunacaq. Yarışlar 5 gün davam edəcək, sonda qaliblər kubok və medallarla təltif olunacaqlar.

Ən Çox Oxunan